İdman

Mayk Tayson həbsxananın psixoloqu ilə gizli eşq yaşadığını etiraf edib

4 İyun 2021 10:06
Baxış: 1 467
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Boks üzrə mütləq çəkidə sabiq dünya çempionu Mayk Tayson həbs cəzasının müddətini azaltmaq üçün həbsxananın psixoloqu ilə gizli eşq münasibətləri yaşadığını bildirib.  

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumatı "Haber Global" yayıb.  

M.Tayson etiraf edib ki, həbsxananın psixoloqu ilə olan şəxsi münasibətləri onun vaxtından əvvəl azadlığa çıxmasına kömək olub.

Əfsanəvi boksçu həmçinin qeyd edib ki, vaxtından əvvəl sərbəst buraxılması üçün Ümumtəhsil İdarəsinin imtahanından keçmək məcburiyyətində olub və bu səbəbdən idarənin məhkumlarla iş üzrə məsləhətçisi ilə gizli əlaqə yaradıb.

M. Tayson imtahan mərhələsindən keçmək üçün təhsil idarəsinin əməkdaşına rüşvət verdiyini də etiraf edib.

Qeyd edək ki, Mayk Tayson 1992-ci ildə ABŞ gözəllik kraliçası Desire Vaşinqtona təcavüz etdiyi üçün altı il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının üç ilini həbsxanada çəkib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.