İdman

"Qalatasaray"dan ayrılır

3 İyun 2021 21:37
Baxış: 575
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qalatasaray"ın prezident köməkçisi Yusuf Günay klubdan ayrılmaq qərarına gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə o, öz açıqlamasında bildirib:

"Burada işə Dursun Özbekin "Qalatasaray"da prezident olduğu vaxtlarda başlamışdım. Həmin vaxtdan tam 44 ay keçib. Bu müddət mənim üçün yetərlidir. "Qalatasaray"a xidmət etmək üçün mütləq idarə heyətinin üzvü olmağa ehtiyac yoxdur. Ümid edirəm ki, klubun yeni prezidenti güclü olacaq".

Qeyd edək ki, İstanbul təmsilçisinin prezident seçkiləri iyunun 19-da keçiriləcək. Klubun hazırkı rəhbəri isə Musatafa Cengizdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.