İdman

Meza Kolli "Keşlə"dən ayrıldı

1 İyun 2021 08:43
Baxış: 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Keşlə" ilə müqaviləsi başa çatan Sezar Meza Kolli komandadan ayrılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi bu barədə öz İnstaqram səhifəsində paylaşım edib.

"Keşlə"dəki oyununun videogörüntülərini paylaşan futbolçu "Sağ ol, "Keşlə" yazıb və bununla da komanda ilə vidalaşıb.

Qeyd edək ki, karyerasında 3 dəfə "Keşlə"də çıxış edən 29 yaşlı futbolçu sonuncu dəfə 2020-ci ildə bu komandaya keçmişdi. Onunla "Neftçi" yaxından maraqlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.