İdman

FİFA-nın yeni reytinq siyahısını açıqladı: Millimiz neçəncidir?

28 May 2021 04:20
Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Canni de Byazinin baş məşqçisi olduğu komanda 1168.53 xalla hazırda 110-cu pillədə qərarlaşıb.

Yığmamızın DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən Portuqaliya 1166.12 xalla 5-ci, Serbiya 1512.90 xalla 25-ci, İrlandiya 1427.22 xalla 47-ci, Lüksemburq isə 1244.86 xalla 96-cı yerdədir.

Qeyd edək ki, siyahıya Belçika (1783.38 xal) başçılıq edir. Fransa (1757.3) 2-ci , Braziliya (1742.65) 3-cüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.