Fransanın "Monako" klubu futbolçusu Stevan Yovetiçlə yollarını ayırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Knyazlıq təmsilçisi Yovetiçin müddəti bitən müqaviləsini yeniləməyib.
Yovetiç 2017-ci ildən "Monako"da çıxış edirdi. Monteneqrolu hücumçu bu mövsüm Liqa 1-də 29 oyunda 6 qol vurub.
Milli.Az