İdman

Yunan-Roma güləşçilərimizin Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

20 May 2021 21:26
Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, mayın 21-dən qitə birinciliyində yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Mayın 20-də güləşin bu növündə bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

Milli komandamızın üzvlərindən Zaur Əliyev (55 kq) Denis Florin Mihay (Rumıniya), Zaur Nuriyev (63 kq) Aleksandru Trandafir (Rumıniya), Həsrət Cəfərov (67 kq) Vasile Aleksandru Dosoftey (Rumıniya), Xasay Həsənli (72 kq) isveçrəli Mixael Portman, Laçın Vəliyev (87 kq) Polşa təmsilçisi Şimon Şimonoviç, Sərxan Məmmədov (130 kq) isə serbiyalı Vladan Jivkoviç ilə qarşılaşacaq.

Mayın 21-də 55, 63, 77, 87, 130, ertəsi gün isə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində çıxış edən pəhləvanlar xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, Avropa çempionatında yarışan sərbəst güləşçilərimizdən Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq), Osman Nurməhəmmədov (92 kq) gümüş, Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.