İdman

Bakıda ötən il Formula yarışlarına satılan biletlərin aqibətinə aydınlıq gətirildi

20 May 2021 15:16
Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pandemiya səbəbindən keçirilməyən 2020-ci il Formula 1 Azərbaycan Qran Prisinə satılan biletlərlə bağlı məsələyə aydınlıq gətirilib.

Bakı Şəhər Halqasından Milli.Az-a verilən məlumata görə, 2020-ci il Qran Prisi üçün satılan biletlər tam olaraq qaytarılıb:

"Əvvəl azarkeşlərin ixtiyarına buraxılmışdı ki, ya biletlər dərhal qaytarılsın, ya da 2021-ci ildə yarış baş tutarsa, bu ilə keçirilsin. Lakin məlum olandan sonra ki, yarış tamaşaçısız keçiriləcək, biletlər kütləvi şəkildə qaytarıldı və hazırda heç bir bilet qalmayıb".

Qeyd edək ki, Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.