İdman

Norveçli futbolçu Azərbaycanda oynaya bilər

18 May 2021 17:02
Baxış: 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

APOEL-in futbolçusu Qayas Zahid Azərbaycanda oynaya bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klubu ilə müqaviləsi yaxın günlərdə başa çatacaq 26 yaşlı hücumameyilli yarımmüdafiəçi Azərbaycan və Türkiyədən təklif alıb. Bildirilib ki, ölkəmizdən adı açıqlanmayan klubdan göndərilən təklif olduqca yaxşıdır. Ancaq Zahid gələcəyi ilə bağlı son qərarı verməzdən əvvəl bir az daha gözləmək istəyir.

Qeyd edək ki, norveçli futbolçu 2017-ci ildən APOEL-də oynayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.