İdman

Azərbaycanlı cüdoçu Amerika çempionu olub

16 May 2021 18:25
Baxış: 741
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-ın Nevada ştatının Reno şəhərində keçirilmiş cüdo üzrə Amerika çempionatında soydaşımız Zaur Cəlil (Azərtürk) 73 kq çəkidə birinci yeri tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a bildirilib ki, bu, qızıl medala layiq görülən soydaşımızın cüdo üzrə Amerika çempionatında üçüncü qələbəsidir. Bundan öncə Zaur iki dəfə Amerika çempionatının yüksək kürsüsünə qalxıb. Təltif olunma mərasimində Zaur Cəlil bildirib ki, qələbəni doğma Azərbaycan xalqına və işğaldan azad edilmiş Qarabağa həsr edir.

Qeyd edək ki, Amerika çempionu olan soydaşımız Nyu-York şəhərində yaşayır. 1998-ci ildən ABŞ-da yaşayan, "Nyu-York Azərbaycan Mədəniyyət Mərkəzi"nin prezidenti Telman Cəlilovun övladıdır. Zaur 2006-cı ildən indiyədək müxtəlif ştatlarda keçirilən yarışların çempionu olub, çoxsaylı medal və kuboklarla təltif edilib. Zəfər çaldığı bütün yarışlarda Azərbaycan bayrağına bürünərək azərbaycanlı olduğunu fəxrlə nümayiş etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.