Çempionluq Kuboku və medallar "Dalğa Arena"da veriləcək FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Futbol üzrə Azərbaycan Premyer Liqası qaliblərinin mükafatlandırma mərasimi mayın 19-da Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək.
Bu barədə Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. Onun sözlərinə görə, tədbir "Neftçi" və "Qarabağ" arasındakı 28-ci tur matçının ardından təşkil olunacaq.
Bu oyunun yekununda çempion və vitse-çempion müəyyənləşəcək."Qarabağ" uduzmasa, ardıcıl 8-ci dəfə qızıl medalları qazanacaq, əks halda, "Neftçi" 8 ildən sonra fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq. Qızıl medalçılara həm də çempionluq kuboku veriləcək.
3-cü yerin sahibinin adına isə daha tez - "Səbail" - "Sumqayıt" və "Sabah" - "Zirə" oyunlarının ardından aydınlıq gələcək. "Zirə" xal itirməsə, 3-cü yeri tutacaq, əks halda, "Sumqayıt" yalnız qələbə sayəsində tarixində ilk dəfə mövsümü ilk "3-lük"də bitirəcək.
Bu iki görüşün ardından müəyyənləşəcək 3-cü yerin sahibi "Dalğa Arena"ya yollanacaq və mükafatlandırma mərasimində bürünc medallarını alacaq.
PFL rəsmisi mükafatlandırma ilə bağlı digər məsələlərə mayın 16-da keçirəcəkləri iclasda aydınlıq gələcəyini də əlavə edib.
Qeyd edək ki, "Sabah" - "Zirə" və "Səbail" - "Sumqayıt" matçları saat 18:00-da, "Neftçi" - "Qarabağ" qarşılaşması isə saat 20:30-da başlanacaq. Hazırda "Qarabağ"ın 57, "Neftçi"nin 56, "Zirə"nin 38, "Sumqayıt"ın 36 xalı var.
Ötən mövsüm pandemiya ilə əlaqədar yarımçıq dayandırıldığından, qaliblər ayrı-ayrılıqda mükafatlandırılmışdılar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib - FOTO
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib - FOTO
-
Mətbəx şkaflarındakı yağ ləkəsini çıxarmağın ən asan yolu
-
İran ABŞ və İsraili görün necə şoka salıb
-
Buğda və ya kəpək deyil! Ən sağlam çörəyin hansı olduğu açıqlandı
-
Skandinaviya mətbəxinin ləzzətli şirniyyatı: Kladdkaka
-
Yay gecələrini zəhərə çevirən ağcaqanadlara qarşı ən effektiv üsullar
-
Qabyuyan maşın daha yaxşı yuyur, yoxsa əl?
-
Bir neçə qəpik xərclə maşında xoş ətir yaradın
-
Qovurma bişirərkən ən çox edilən 5 səhv
-
Narçiçəyi çayı: Faydaları, istifadə sahələri və diqqət edilməli olan məqamlar
-
“A.B.İ.”də yeni sima
-
Günün qoroskopu: Maddi mövzularda yeni fürsətlər qarşınıza çıxa bilər
-
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - FOTO
-
Roza Zərgərli Kadırovla görüşdü - FOTO
-
Cüdoçularımız Avropa Kubokunun son günündə dörd medal qazanıblar
-
Bir gündə 35 milyard dollar qazanmaq: Dell-in yüksəlişi milyarderlər siyahısını alt-üst etdi
-
Manqalda dana ətini yumşaq etməyin 4 yolu
-
Bakı səması indilərdə - FOTO
-
Müəllim vəfat etdi - FOTO
-
Joze Mourinyonun "Real Madrid" planı
-
Hacıqabulda 66 yaşlı kişidən qadın turistə qeyri-etik davranış - VİDEO
-
Oğlunun sürprizi onu kövrəltdi
-
Myanmada dəhşətli partlayış - 46 nəfər öldü - VİDEO





