İdman

Azərbaycanın dörd para-taekvandoçusu Tokio-2020-yə lisenziya qazandı

9 May 2021 20:50
Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:50

Para-taekvandoçu İmaməddin Xəlilov Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak üçün lisenziyanı qazandı.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən Milli.Az-a verilən məlumata görə, para-taekvando idman növü üzrə milli komandasının üzvü İmaməddin Xəlilov (61 kq) Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa Təsnifat turniririn finalında israilli rəqibini məğlub edib qızıl medala sahib olaraq Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Bununla Milli Paralimpiya Komitəsinin idmançıları 5 idman növündə artıq 13 lisenziya qazanıblar (atletika - 3, üzgüçülük - 3, güllə atıcılığı - 2, pauerliftinq - 1, taekvando - 4).

Qeyd edək ki, para-taekvando idman növü ilk dəfə olaraq Paralimpiya Oyunlarının proqramına salınıb.

---------

19:54

Azərbaycan Milli Paralimpiya Komitəsinin para-taekvando idman növü üzrə milli komandasının üzvü Röyalə Fətəliyeva (49 kq) Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa Təsnifat turniririn finalında gürcüstanlı rəqibini məğlub edərək qızıl medal qazanıb.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən Milli.Az-a verilən məlumata görə, R.Fətəliyeva bununla Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib.

Azərbaycan Milli Paralimpiya Komitəsinin para-taekvando idman növü üzrə milli komandasının üzvü Əbülfəz Abuzərli də (75 kq) Sofiya şəhərində keçirilən Avropa Təsnifat turniririn finalında gürcüstanlı rəqibini məğlub edərək qızıl medala sahib olub və Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Bununla Milli Paralimpiya Komitəsinin idmançıları 5 idman növündə artıq 12 lisenziya qazanıblar (atletika - 3, üzgüçülük - 3, güllə atıcılığı - 2, pauerliftinq - 1, taekvando - 3)

Qeyd edək ki, para-taekvando idman növü ilk dəfə olaraq Paralimpiya Oyunlarının proqramına salınıb.

-----------

19:05

Para-taekvandoçu Aynur Məmmədova Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak üçün lisenziyanı qazanıb.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən Milli.Az-a verilən məlumata görə, para-taekvando idman növü üzrə milli komandasının üzvü Aynur Məmmədova (58 kq) Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa Təsnifat turniririn finalında ispaniyalı rəqibini məğlub edərək qızıl medala sahib olub və Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Bununla Milli Paralimpiya Komitəsinin idmançıları 5 idman növündə artıq 10 lisenziya qazanıblar (atletika - 3, üzgüçülük - 3, güllə atıcılığı - 2, pauerliftinq - 1, taekvando - 1)

Qeyd edək ki, para-taekvando idman növü ilk dəfə olaraq Paralimpiya Oyunlarının proqramına salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.