İdman

16 yaşlı azərbaycanlı qrossmeyster oldu

29 Aprel 2021 17:34
Baxış: 1 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı şahmatçı Aydın Süleymanlı Çernoqoriyanın Niksiç şəhərində keçirilən "Niksiç Memorialı" beynəlxalq turnirinin 8-ci turunda yerli şahmatçı Luka Draskoviçi məğlub edərək son qrossmeyster balını əldə edib. 

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, 16 yaşlı Aydının, ELO reytinqi 2500-də çox olduğundan indi ona yalnız FIDE-nin növbəti konransını gözləmək qalır. Belə ki, Ali şahmat qurumunun növbəti konfransında Aydın Süleymanlıya rəsmi olaraq qrossmeyster titulu veriləcək.

Qeyd edək ki, Aydın Süleymanlı Azərbaycanın ümumilikdə 27-ci, aktiv şahmatçılar arasında isə 22-ci qrossmeysteri oldu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.