İdman

"Qarabağ"ın başına 25 tikiş qoyulan qapıçısı meydana qatdı

29 Aprel 2021 16:32
Baxış: 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev zədədən sonra yenidən meydana qayıdır.

Milli.Az apasport.az-a istinadla bildirir ki, milliləşən legioner Azərbaycan kubokunun "Sumqayıt"la bugünkü matçının start heyətində yer alıb.

O, yarımfinalın cavab oyununda "Qarabağ"ın əsas qapıçısı kimi meydana çıxacaq. "Səbail"lə Premyer Liqanın XXIII turunun matçında başından ağır zədə alan qapıçı aprelin 16-dakı hadisədən 13 gün sonra yenidən komandasına kömək edəcək.

Qeyd edək ki, Azərbaycan yığmasının əsas qapıçısı olan Şahrudin "Səbail"lə matçın (1:1) 26-cı dəqiqəsində Amil Yunanovla toqquşmadan sonra meydanı tərk etməli olub. Onun başına 25 tikiş qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.