İdman

Gimnastlardan üç medal

2 May 2021 23:29
Baxış: 930

Rusiyanın Soçi şəhərində keçirilən batut gimnastikası, ikili minibatut və tamblinq üzrə Avropa mempionatında Azərbaycan yığması 1 gümüş və 2 bürünc medal qazanıb.

Milli.Az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, çempionatın ilk medalı gənclər arasında yarışan tamblinqçilərimizdən gəlib. Hüseyn Əsədullayev, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət komandamız fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Növbəti medal son dünya yaş qrupları yarışlarının gümüş medalçıları Hüseyn Abbasov və Mahsud Mahsudov sinxron cütlüyündən gəlib. Onlar qitə birinciliyində də gümüş medala sahib olublar.

Çempionatın son medalı isə təcrübəli tamlinqçimiz Mixail Malkindən gəlib. Uzun müddətdən bəri irimiqyaslı beynəlxalq yarışlarda zədə səbəbindən iştirak etməyən təmsilçimiz, gərgin idman mübarizəsi şəraitində keçən final mərhələsində bürünc medal qazanmağa nail olub.

Fərdi batut yarışlarında yeganə qadın gimnastımız Selcan Maqsudova da qitə birinciliyinin finalına vəsiqə qazanıb. Həlledici final mərhələsində gimnastımız 6-cı olub. İlk dəfədir ki, Azərbaycanın qadın təmsilçisi Avropa çempionatının böyüklər arasında ən güclü 8 gimnastı arasında mübarizə aparıb.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.