İdman

UEFA-nın prezidenti öz maaşını artırıb - Qurumun gəlirləri azalsa da

23 Aprel 2021 14:39
Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA prezidenti Aleksandr Çeferinin maaşı 2019/2020-ci illər mövsümün nəticələrinə görə 450 min avro artıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, vergiləri çıxmamaq şərtilə Çeferinin gəliri 2,19 mln avro təşkil edib.

Məlumata görə, UEFA prezidenti ildən ilə öz maaşını artırıb. O, vəzifəsinin icrasının birinci ilində 1,41 mln avro alıb.

Ceferin növbəti mövsümdə maaşını eyni səviyyədə saxlayıb, amma 2018/2019-ci illər mövsümündə gəlirini 1,74 mln avroya, sonrakı mövsümdə isə 2,19 mln avroya çatdırıb.

Ümumilikdə 2016-cı ildə vəzifəsinə təyin olunandan sonra UEFA prezidenti təxminən 6,76 mln avro qazanıb.

31 iyun 2020-ci ildə bitən maliyyə ilinin nəticələrinə görə UEFA-nın gəlirləri koronavirus pandemiyası səbəbindən 21 % azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.