İdman

UEFA-da şok istefa

19 Aprel 2021 10:09
Baxış: 1 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un prezidenti Andrea Anyelli Avropa Klublar Birliyinin prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvü vəzifəsindən istefa verib.

Milli.Az qol.az-a sitinadən xəbər verir ki, bu haqda "La Gazetta dello Sport" qəzeti məlumat yayıb. Qəzet klubun bu məlumatı təsdiqlədiyini də yazıb.

Qeyd edilib ki, "Yuventus" yeni yaradılacağı gözlənilən Avropa Super Liqasına qatılacaq. Anyellinin Liqanın prezidenti Florentino Peresin müavini (vitse-prezident) olacağı iddia edilir.

Əlavə edək ki, UEFA-nın tanımadığı bu yarışda İngiltərə, İtaliya və İspaniyadan ümumilikdə 12 klub iştiraka razılıq verib. Bunlar "Real", "Barselona", "Atletiko" (hamısı İspaniya), "İnter", "Yuventus", "Milan" (hamısı İtaliya), "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem"dir (hamısı İngiltərə).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.