İdman

"Ronaldo dünyanın ən məşhur insanıdır"

18 Aprel 2021 19:29
Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un idman direkotoru Fabio Paratiki növbəti dəfə futbolçusu Kriştiano Ronaldo haqqında danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, 35 yaşlı hücumçuya ünvanlanan tənqidlərə, həmçinin onun komandadadan göndəriləcəyi haqda yayılan məlumatlara münasibət bildirib:

"Keçən həftə dedim ki, biz etdiklərimizə görə cavabdeh olmalıyıq. Hazırda qeyri-müəyyənlik dövrünü yaşayırıq. Kriştiano yalnız bir futbolçu və ya idmançı deyil, eyni zamanda yüksək səviyyəli bir imicdir. Onun maaşı da bunu əks etdirir. Bir neçə araşdırma onun dünyanın ən məşhur insanı olduğunu göstərir. Ronaldonun işi başqalarından fərqlidir".

Qeyd edək ki, Kriştiano Ronaldo ötən gün zədələnib. O, bu səbəbdən hazırda davam edən "Atalanta" ilə görüşdə iştirak etmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.