"Real" əzəli rəqibi "Barselona"nı İspaniya kubokunun qalibi münasibəti ilə təbrik edib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bununla bağlı Madrid klubu "Tvitter" hesabında yazıb:
"Barselona"nı və azarkeşlərini 2021-ci ildə layiq görüldükləri İspaniya kuboku münasibətilə təbrik edirik".
Qeyd edək ki, Kataloniya təmsilçisi finalda "Atletik"ə 4:0 hesabı ilə qalib gələrək tarixində 31-ci dəfə bu kuboku qazanıb.
Milli.Az