İdman

Robben 6 aydan sonra meydana qayıtdı

12 Aprel 2021 18:04
Baxış: 822
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Niderlandın "Qroningen" klubunun futbolçusu Aryen Robben uzun fasilədən sonra meydana çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ulduz oyunçu Erediviziyanın 29-cu turunda "Herenven"lə görüşdə iştirak edib.

Niderlandlı yarımmüdafiəçi altı aydan sonra yaşıl meydanlara qayıdıb. 37 yaşlı futbolçu matçın 78-ci dəqiqəsində meydan daxil olub və heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, uzun müddətdir zədədən əziyyət çəkən Roben sonuncu dəfə ötən il oktyabrın 18-də "Utrex"lə görüşdə meydana çıxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.