İdman

Qərəzli penaltiyə görə hakim 15 aylıq həbs edildi - VİDEO

3 Aprel 2021 11:14
Baxış: 1 147
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Serbiyalı hakim Srdyan Obradoviç verdiyi penalti səbəbi ilə 15 ay müddətinə həbs edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, serbiyalı hakim həmçinin 10 il müddətinə futboldan uzaqlaşdırılıb.

Hakim üç il əvvəl oynanılan "Spartak" - "Radnicki" qarşılaşması ilə bağlı məhkəməyə verilib. Sözügedən qarşılaşmada qərəzli qərarlarla yadda qalan referi əvvəlcə "Radnicki"nin oyunçusuna qırmızı vərəqə göstərib, daha sonra isə 78-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi təyin edib.

Hər iki epizodda qərəzli yanaşma ilə seçilən hakim məhkəmədə günahı yan xətt hakiminə atıb və məhz onun penalti epizodundan futbolçunun əllə oynadığını bildirdiyini söyləyib.

Lakin məhkəmə hakimi qarşılaşmanı tərəf tutaraq idarə etməkdə günahkar bilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.