İdman

Türkiyə millisində rekord yoluxma

1 Aprel 2021 19:21
Baxış: 926
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə millisində koronavirusa yoluxanların sayı artmaqdadır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsində Latviya ilə oyundan sonra daha 4 futbolçunun testi pozitiv çıxıb. Yoluxanların adları açıqlanmayıb.

Seçmə mərhələnin əvvəlki matçları ərəfəsində isə 8 oyunçuda - İrfancan Kahveci, Nazım Sangare, Merih Demirel, Zeki Çelik, Cenk Tosun, Kaan Ayhan, Dorukhan Toköz ve Emre Kılınçda virus aşkarlanmış və onlar heyətdən kənarlaşdırılmışdılar.

Virus aşkarlanan ölkə xaricində çıxış edən futbolçular klublarına qayıtmayıblar. Onlar bir müddət milli komandanın bazasında müalicə olunacaqlar. Bir həftə sonra isə klublarına qayıdacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.