İdman

Norveç soruşur: "Növbəti kimdir?"

27 Mart 2021 23:44
Baxış: 2 075
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

DÇ-2022-nin seçmə mərhələsində G qrupunda yer alan Norveç millisi insan hüquqları üçün etirazlarını davam etdirir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yığma bu dəfə DÇ-2022-yə ev sahibliyi edəcək Qətərə etiraz edib. Norveçli futbolçular 2-ci turda hazırda davam edən Türkiyə ilə oyuna önündə "İnsan hüquqları - meydanın içində və xaricində. Norveç, Almaniya. Növbəti?" yazan formalar geyiniblər.

Oyunçular bununla da Qətərdəki stadionların inşasında çalışan işçilərin iş şərtləri və ölümlərinə etiraz ediblər.

Qeyd edək ki, bundan əvvəl Almaniya DÇ-2022-nin seçmə mərhələsinin 1-ci turunda İslandiya ilə görüşdə Qətərə etiraz etmək üçün "insan hüquqları" yazılı forma geyinmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.