DÇ-2022-nin seçmə mərhələsində G qrupunda yer alan Norveç millisi insan hüquqları üçün etirazlarını davam etdirir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, yığma bu dəfə DÇ-2022-yə ev sahibliyi edəcək Qətərə etiraz edib. Norveçli futbolçular 2-ci turda hazırda davam edən Türkiyə ilə oyuna önündə "İnsan hüquqları - meydanın içində və xaricində. Norveç, Almaniya. Növbəti?" yazan formalar geyiniblər.
Oyunçular bununla da Qətərdəki stadionların inşasında çalışan işçilərin iş şərtləri və ölümlərinə etiraz ediblər.
Qeyd edək ki, bundan əvvəl Almaniya DÇ-2022-nin seçmə mərhələsinin 1-ci turunda İslandiya ilə görüşdə Qətərə etiraz etmək üçün "insan hüquqları" yazılı forma geyinmişdi.
Milli.Az