İdman

Çempionlar Liqasının finalı tamaşaçılarla keçirilə bilər

18 Mart 2021 12:57
Baxış: 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasının final oyununun tamaşaçılarla keçirilməsi planlaşdırılır.

Milli.Az apasport.az-a istinadla bildirir ki, UEFA Türkiyənin İstanbul şəhərindəki həlledici oyunun boş tribunlar önündə keçirilməsinin əleyhinədir.

Qurum mayın 29-dakı qarşılaşmaya hər iki komandanın azarkeşlərinin, həmçinin yerli tamaşaçıların buraxılmasına nail olmağa çalışır. 1/4 və 1/2 final matçları ilə bağlı analoji istəyi çətinə düşən UEFA bunun finalda reallaşacağına ümidlidir. Amma hələlik stadionun tutumunun neçə faizi qədər tamaşaçının matça buraxılacağı dəqiqləşməyib.

Qeyd edək ki, finalın təşkil olunacağı Olimpiya Stadionunu 80500 tamaşaçı tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.