İdman

İbrahimoviç 39 yaşında yığmaya çağırıldı

16 Mart 2021 12:07
Baxış: 1 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zlatan İbrahimoviç yenidən İsveç millisinə dəvət alıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, İtaliyanın "Milan" klubunun 39 yaşlı hücumçusunun adı yığmanın ilkin heyətinə daxil edilib.

O, skandinaviyalıların DÇ-2022-nin seçmə mərhələsinin bu ay keçiriləcək Gürcüstan və Kosovo ilə oyunları, həmçinin Estoniya ilə yoxlama görüşündə forma geyinə bilər. Lakin onun millinin düşərgəsinə yollanması futbolçunun durumundan asılı olacaq. Fevralın 28-də keçirilən "Roma" ilə görüşdə (2:1) zədələnən Zlatan tam bərpa olunsa, yenidən yığmanın sıralarında olacaq.

Qeyd edək ki, 2001-ci ildən yığmada çıxış edən İbrahimoviç 116 matçda 62 qol vuraraq komandanın ən yaxşı bombardiridir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.