İdman

Keysuke Honda Bakıda

13 Mart 2021 10:44
Baxış: 929
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaponiya millisinin sabiq futbolçusu Keysuke Honda bu gün səhər Bakıya gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçunu hava limanında "Neftçi"nin nümayəndələri qarşılayıblar.

Bu gün 34 yaşlı futbolçu ilə müqavilə imzalanması gözlənilir.

Qeyd edək ki, Honda karyerası ərzində "Naqoya" (Yaponiya), "Venlo" (Niderland), ÇSKA (Moskva, Rusiya), "Milan" (İtaliya), "Paçuka" (Meksika), "Melburn Viktori" (Avstraliya), "Vitess" (Niderland) və "Botafoqo"da (Braziliya) çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.