İdman

“Onu qaraja qoyacağıq ki, maşınlara baxsın” - İbrahimoviç tənqid edildi

6 Mart 2021 15:18
Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç növbəti dəfə maraq dairəsinə düşüb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, isveçli forvardın San Remo musiqi festivalında səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

Gey-partiyanın mətbuat xidmətinin rəhbəri Fabritsio Maratso 40 yaşlı superulduzu tənqid edib. Buna Zlatanın tədbir zamanı biseksual sayılan müğənni Axille Lauro haqda dediyi sözlərdir: "Onu qaraja qoyacağıq ki, maşınlara baxsın. Oğrular içəri girəndə ondan qorxaraq heç nə oğurlamasınlar".

Maratso bunların təhqiredici sözlər olduğunu deyib, Zlatanı homofobiya və ayrı-seçkilikdə günahlandırıb.

Qeyd edək ki, Zlatan İbrahimoviç martın 2-dən 6-dək keçirilən San Remo festivalına hər gün qatılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.