İdman

Neymar yeni eşqə düşdü, lakin... - FOTO

4 Mart 2021 08:58
Baxış: 2 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin hücumçusu Neymar yaşıl meydanlarda olduğu kimi, ondan kənarda da daim gündəmdə olur.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Natalya Baruliçlə ayrılan braziliyalı hücumçu yeni eşqə "yelkən açıb".

29 yaşlı superulduz italiyalı model Çiara Nasti ilə sevgili olmaq arzusuna düşüb. İtalyan modelin son vaxtlar sosial şəbəkələrdəki bütün paylaşımlarına rəy bildirən "sambaçı" onunla yaxınlıq etməyə çalışsa da, Nasti hələ ki, futbolçuya üz vermir.

Neapolda anadan olan Çiara Nastinin sosial şəbəkədə izləyici sayı 1,7 milyondur. "Armani" və "Trussardi" kimi məşhur markalarla çalışmış 23 yaşlı model əvvəllər televiziya proqramlarında da iştirak edib.

Qeyd edək ki, Çiara Nasti 2017-ci ildə nişanlandığı Uqo Abbamonte adlı şəxslə ötən il ayrılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.