İdman

"Barselona" - PSJ oyunu Byörna həvalə olundu

15 Fevral 2021 15:52
Baxış: 851
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasının 1/8 final mərhələsində sabah keçiriləcək iki oyun üçün hakim təyinatları açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Barselona" - PSJ matçının baş hakimi Niderland Futbol Federasiyasından Byörn Kuypers olacaq. Ona həmyerliləri Sander van Roekel və Ercin Zeinstra kömək edəcək. Dördüncü hakim funksiyasını Serdar Gözübüyük yerinə yetirəcək.

"Leyptsiq" - "Liverpul" görüşü isə Sloveniya Futbol Federasiyasından Slavko Vinçiçə həvalə olunub. Köməkçi hakimlər Tomas Klançnik və Andraz Kovaçiç, dördüncü hakim Matey Yug olacaq.

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.