İdman

Pato ABŞ klubu ilə müqavilə bağladı

14 Fevral 2021 21:54
Baxış: 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Braziliya millisinin sabiq hücumçusu Aleşandre Pato karyerasını ABŞ-da davam etdirəcək.

Milli.Az matc.az-a istinadən bildirir ki, 31 yaşlı futbolçu "Orlando Siti" ilə anlaşıb.

Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Son olaraq "San Paulo"da forma geyinən Pato avqust ayından azad agent statusu daşıyırdı. O, MLS klubu ilə 1 illik müqaviləyə imza atıb. Pato yeni komandasında "7" nömrəli formanı geyinəcək.
 
Braziliyalı futbolçu karyerası ərzində "Milan" (İtaliya), "Korintians" (Braziliya), "Çelsi" (İngiltərə), "Vilyarreal" (İspaniya), "Tyantzin Tyantsyan" (Çin) kimi klublarda çıxış edib.
 
Pato Braziliya yığmasında 27 oyun keçirib, 10 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.