İdman

Gündoğan Messi ilə Levandovskini geridə qoydu

14 Fevral 2021 17:39
Baxış: 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan Lionel Messi ("Barselona") və Robert Levandovskini ("Bavariya") geridə qoyub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi buna Premyer Liqanın 24-cü turunda "Tottenhem"lə matçda nail olub. O, görüşdə dubl etməklə bu il yerli çempionatda vurduğu qolların sayını 9-a çatdırıb. Türk əsilli almaniyalı oyunçu belə göstərici ilə "Barselona"nın kapitanı Lionel Messini və "Bavariya"nın hücumçusu Robert Levandovskini geridə qoyaraq, 2021-ci ildə Avropanın TOP-5 liqasında ən çox qol vuran oyunçu olub.

Həmçinin bu mövsüm ümumilikdə 11 dəfə fərqlənməyi bacaran Gündoğan "şəhərlilər"in də  Premyer Liqada ən məhsuldar futbolçusu adını qazanıb. O, Rahim Sterlinq və Fil Fodeni qabaqlayıb.

Qeyd edək ki, İ.Gündoğan 2016-cı ildən "Mançester Siti"də çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.