İdman

"Yalnız axmaqlar inkişafımızın fərqində deyil"

14 Fevral 2021 16:14
Baxış: 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İnter"in baş məşqçisi Antonio Konte komandasının hazırkı durumundan danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis bunları deyib:

"Çalışırıq. Amma hələ istədiyimiz formada deyilik. Növbəti matç- "Latsio" ilə oyun bizim üçün çox vacibdir.

Mən baş məşqçi təyin olunandan sonra "İnter" nüfuzunu bərpa etdi. Hazırda olduğumuz yer təsadüfi deyil.  Yalnız axmaqlar inkişafımızın fərqində deyil. Amma rəqiblərimiz bunu görür və bizə çox hörmət edirlər".

Qeyd edək ki, digərlərindən 1 matç az keçirən "İnter" 47 xalla turnir cədvəlində 2-cidir. Komanda bu gün "Latsio"nu məğlub edərsə, liderliyi "Milan"dan alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.