İdman

PSJ - "Başakşəhər" oyununun hakimləri ilə bağlı intizam işi açıldı

11 Fevral 2021 21:13
Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun PSJ - "Başakşəhər" matçında baş verənlərlə bağlı qərarını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ötən il dekabrın 8-də keçirilən matçın rumıniyalı hakimləri Sebastian Koltesku və Oktavian Sovreyə qarşı intizam işi açıb.

Xatırladaq ki, görüşün 4-cü hakimi S.Koltesku  İstanbul klubunun köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlədib. Bundan əlavə, baş hakim Ovidiu Hatseqan Veboya qırmızı vərəqə göstərib və onu texniki zonadan kənarlaşdırıb. Baş verənlərdən sonra "Başakşəhər" meydanı tərk edərək paltardəyişmə otağına gedib və matç yarımçıq dayandırılb. Növbəti gün qaldığı yerdən davam etdirilən matç PSJ-nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.