"Tottenhem"in baş məşqçisi Joze Mourinyo İngiltərə kubokunun 1/8 finalında "Everton"a 4:5 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdıqları oyunu şərh edib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, matçdan sonra "BT Sport"a açıqlamasında deyib: "Oyundan həm zövq aldım, həm də zövq almadım. Epizodlar yaratdıq, qollar vurduq. Yaxşı mübarizə apardıq. Ancaq hücum futbolunda yaratdığımız epizodlarla yanaşı, səhv etməməliyik. 4 qol vurduq, amma bu, yetərli olmadı.
Nəticəyə görə hamımız təəssüflənirik. Topla yaxşı oynadıq, cəsarətli idik. Hesab 1:0 olarkən rəqibdən üstün idik və beş dəqiqə sonra - səhv, səhv, səhv, qol, qol, qol. Siçanla pişik kimiydi. Siçan bizim səhvlərimiz, pişik isə bunu düzəltmək cəhdlərimiz idi".
Milli.Az