İdman

“Ramosla bağlı durum bütün komandaya təsir edir” - Zidan

10 Fevral 2021 18:29
Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın kapitanı Serxio Ramosla bağlı yaranmış vəziyyətə münasibət bildirib.

34 yaşlı futbolçunun müqaviləsi 2021-ci ilin yayında başa çatır. Klub ona maaşı azaldılmaqla 2 illik yeni sözləşmə təklif etsə də, futbolçu bunu qəbul etməyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Zidan keçirdiyi mətbuat konfransında deyib ki, Ramosla bağlı durum bütün komandaya təsir edir: "Amma danışmaqla heç nə düzəlməyəcək. Biz öz mübarizəmizi davam etdirib futbolumuzu oynamalıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.