İdman

Konte “Yuventus”un prezidentini təhqir etdi - VİDEO

10 Fevral 2021 17:49
Baxış: 754
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Yuventus"un prezidenti Andrea Anyelli ilə "İnter"in baş məşqçisi Antonio Konte arasında qalmaqal yaşanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hadisə dünən İtaliya kubokunun təkrar yarımfinal oyununda (0:0) baş verib. Dünənki görüşün fasiləsi zamanı məşqçi Anyellinin oturduğu tribunaya tərəf orta barmağını göstərib. Bu jest birbaşa "Yuventus"un prezidentinə ünvanlanıb.

Oyundan sonra isə Anyellinin də Konteni təhqir etdiyi iddia olunub.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən (0:0, 1:2) "Yuventus" finala vəsiqə qazanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.