"Bavariya" Qətərdə keçirilən klublararası dünya çempionatında finala yüksəlib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının qalibi yarımfinalda Afrikanın ən güclüsü olmuş Misirin "Əl-Əhli" klubu ilə üz-üzə gəlib.
Görüş Münhen klubunun qələbəsi ilə yekunlaşıb - 2:0. Robert Levandovski 17-ci və 85-ci dəqiqələrdə fərqlənərək dubl edib.
Almaniya təmsilçisi finalda Meksikanın "Tiqres" klubu ilə qarşılaşacaq. Oyun fevralın 11-də keçiriləcək. Həmin gün 3-cü yer uğrunda matçda "Əl-Əhli" Braziliya "Palmeyras"ını sınağa çəkəcək.
Milli.Az