Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" - "Çelsi" matçının yeri dəyişdirilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi Madriddə yox, Rumıniyanın paytaxtı Buxarestdə keçirləcək.
Buna səbəb London klubunun koronavirusa görə İspaniyaya gedə bilməməsidir. Qarşılaşma fevralın 23-də təşkil ediləcək.
Qeyd edək ki, eyni səbəbdən "Leypsiq" - "Liverpul" matçı Macarıstan paytaxtı Budapeştdə keçiriləcək.
Milli.Az