İdman

“Qalatasaray” futbolçusunu transferə çıxardı

6 Fevral 2021 18:12
Baxış: 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Qalatasaray" klubu yarımmüdafiəçisi Sofian Fequlini transferə çıxarıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bunu Fransanın "Sent-Etyen" klubunun prezidenti Bernar Kayazzo deyib.

"Zamalek"in hücumçusu Mustafa Məhəmməd uğrunda mübarizədə İstanbul nəhənginə uduzduqlarını bildirən Kayazzo "cim-bom"un bir oyunçunu satışa çıxardığını söyləyib: "Mustafa Məhəmmədi heyətə qatmaq üçün "Qalatasaray" bir oyunçusunu satmaq məcburiyyətindədir. Onlar bu problemi yoluna qoymaq üçün Sofian Fequli üçün təkliflər gözləyirlər".

Qeyd edək ki, Əlcəzair millisinin üzvü olan 32 yaşlı Fequli "Qalatasaray"a 2017-ci ildə İngiltərə təmsilçisi "Vest Hem"dən keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.