İdman

"Ayaks"ın qapıçısına 1 illik cəza - Dopinqə görə

5 Fevral 2021 18:14
Baxış: 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ayaks"ın əsas qapıçısı Andre Onanaya 12 aylıq cəza verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 25 yaşlı kamerunlu qapıçı antidopinq qaydalarını pozduğu üçün cəzalandırılb.

Oktyabrın 30-da qapıçıdan götürülmüş sidik nümunəsində furosemid aşkarlanıb. Onananın səhvən həyat yoldaşının dərmanını qəbul etdiyini bildirilib. Futbolçunun cəzası bu gündən qüvvədədir. Cəza həm milli, həm də klub yarışları üçün keçərlidir.

Onana və "Ayaks"ın tezliklə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyi bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.