İdman

Buffon cəzalandırıla bilər

4 Fevral 2021 15:53
Baxış: 1 040
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un qapıçısı Canluici Buffon cəzalandırıla bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" nəşri məlumat yayıb. Bildirilib ki, 43 yaşlı qolkiper İtaliya kubokunun "İnter"lə ilk yarımfinal matçında (2:1) rəqib oyunçu Lautaro Martinesə təhqiramiz ifadə səsləndirib. Bu söz italyan dilində ən ədəbsiz sözlərdən biri sayılır.

Buffonun videoların ekspert analizindən sonra ifadəsi təsdiqlənərsə, 1 oyunluq cəza və cərimələnə bilər.

Qeyd edək ki, Buffon 2020-ci ilin dekabrında "Parma" ilə A seriyasının 13-cü tur matçında (4: 0) bənzər bir ifadəni işlətdiyinə görə İtaliya Futbol Federasiyasının İntizam Komitəsinə şikayət edilib. Bu oyunla bağlı hələ qərar verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.