İdman

Buffon 1100-cü oyununa çıxdı

3 Fevral 2021 13:19
Baxış: 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un qapıçısı Canluici Buffon karyerasında 1100-cü matçına çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yubiley matçı "İnter"lə ölkə kubokunun ilk yarımfinal oyununa təsadüf edib. 43 yaşlı qolkiper matça start heyətdə başlayıb.

Qeyd edək ki, Buffon futbola "Parma"da başlayıb. 2001-ci ildə "Yuventus"a transfer olunan italiyalı qolkiper 2018/2019 mövsümünü PSJ-də keçirib və yenidən Turin klubuna qayıdıb.

Buffonun 1100 oyunundan 679-u "Yuventus", 220-si "Parma", 176-sı milli komanda, 25-i PSJ-də olub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.