İdman

Braziliyada azarkeşlər arasında dava düşdü, bir nəfər öldürüldü

31 Yanvar 2021 15:41
Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya futbolunda faciə baş verib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Palmeyras"la "Korintians" azarkeşləri arasında dava düşüb.

Braziliya polisinin yaydığı məlumatda bildirilib ki, hadisə nəticəsində "Korintians"ın bir azarkeşi güllələnərək öldürülüb, biri isə yaralanıb. Həbs olunan 21 "Palmeyras" və 1 "Korintians" azarkeşinin üzərindən soyuq silah çıxıb.

Təhlükəsizlik qüvvələri döyüşün əvvəlcədən planlaşdırıldığını düşünür. "Palmeiras" azarkeşləri olan avtobus prospekt boyunca hərəkət edərkən mühasirəyə alınıb və kütləvi dava baş verib.

Qeyd edək ki, dünən gecə "Palmeyras"la "Santos" Rio-de-Janeyrodakı "Marakana" stadionunda Libertadores Kubokunun finalında üz-üzə gəlib və birincilər 1:0 hesablı qələbə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.