İdman

Cenk Tosun "Beşiktaş"a qayıtdı

30 Yanvar 2021 20:08
Baxış: 919
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Everton"un futbolçusu Cenk Tosun karyerasını "Beşiktaş"da davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klublar arasında transferlə bağlı razılıq əldə olunub. Razılığa əsasən, 29 yaşlı oyunçu bu mövsümün sonuna kimi icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm "Everton"da 7 matça çıxıb və 1 qol vurub.

Xatırladaq ki, C.Tosun 2018-ci ilin yanvarında 22.5 milyon avroya məhz "Beşiktaş"dan "Everton"a transfer olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.