İdman

UEFA "Qarabağ"ın apelyasiya şikayətini rədd etdi

29 Yanvar 2021 11:23
Baxış: 1 154
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovla bağlı apelyasiya şikayətinə baxıb. 

Milli.Az apasport.az-a istinadla bildirir ki, Azərbaycan çempionunun müraciəti rədd edilib.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin noyabrın 25-dəki qərarı təsdiqlənib.

Qeyd edək ki, UEFA Vətən müharibəsi zamanı feysbuk səhifəsindəki paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb, "Qarabağ"ı isə 100 min avro məbləğində cərimələyib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.