İdman

"Milan" İbrahimoviçi cəzalandıracaq?

28 Yanvar 2021 15:17
Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliya kubokunun 1/4 finalında "İnter"lə qarşılaşmada (1:2) etdiyi hərəkətə görə klub tərəfindən cəzalandırılmayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.

Qeyd edək ki, sözügedən görüşün ilk hissəsinin sonlarında "Milan"ın müdafiəçisi Alessio Romanyoli Romelu Lukakuya qarşı kobud oynayıb. Lukaku ilə Romanyoli arasındakı mübahisəyə İbrahimoviç də qoşulub. Nəticədə bu iki oyunçu kəllə-kəlləyə gəlib, lakin insident əlbəyəxa davaya çevrilməyib.Zlatan Lukanın ünvanına bu təhqiramiz ifadəni işlədib:  "Get ... ye, eşşək". Cavabında Lukaku İbrahimoviçi "fahişə oğlu" adlandırıb.

Xatırladaq ki, baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib. 58-ci dəqiqədə isə İbrahimoviç kobud oyuna görə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.