İdman

La Liqada yeni rekord

26 Yanvar 2021 14:08
Baxış: 1 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletik"in futbolçusu Raul Qarsiya La Liqada yeni rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi buna son turda "Xetafe" ilə matçda (5:1) nail olub. O, sözügedən görüşdə fərqlənməklə turnirdə vurduğu qolların ümumi sayını 100-ə yüksəldib. Beləliklə, ispaniyalı oyunçu 21-ci əsrdə La Liqada 100 qol həddinə çatan ilk yarımmüdafiəçi kimi tarixə düşüb.

Qarsiya bu qollardan 54-ünü "Atletik"in, 26-sını "Atletiko"nun, 20-sini isə "Osasuna"nın heyətində vurub.

Qeyd edək ki, Raul Qarsiya bu mövsüm 18 matçda 3 qol vurub və 1 qolun ötürməsini verib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.