İdman

"Qalatasaray"dan növbəti transfer

26 Yanvar 2021 09:44
Baxış: 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" sabiq yarımmüdafiəçisi Henri Onyekurunu yenidən heyətinə qatıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Nigeriyalı futbolçunun "Monako"dan mövsümün sonuna kimi icarəyə götürüldüyü bildirilib. 

"Qalatasaray" "Monako"ya 650 min avro icarə haqqı ödəyəcək. Oyunçunun birdəfəlik transferi üçün isə İstanbul klubunun 4.35 milyon avro ödəməsi lazımdır. Lakin bu, 2021-ci ilin 11 iyununa kimi keçərlidir. "Onyekuru"nun özü idə Türkiyə klubunda bu mövsüm 750 min avro qazanacaq.

Qeyd edək ki, "Qalatasaray" Onyekurunu üçüncü dəfə heyətinə qatıb. İlk dəfə 2018/19 mövsümündə "Everton"dan icarəyə götürülən futbolçu, 2020-ci ildə də "Monako"dan icarətə götürülmüşdü. Nigeriya yığmasının üzvü İstanbul təmsilçisində ümumilikdə 56 oyuna çıxıb, 18 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.