İdman

“Qalatasaray” “Torino”nun hücumçusunu aldı

22 Yanvar 2021 15:54
Baxış: 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Transfer çalışmalarını sürətləndirən "Qalatasaray" hücum xəttini daha bir futbolçu ilə gücləndirib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Halil Dərvişoğludan sonra "cim-bom" "Torino"nun forvardı Simone Zaza ilə anlaşıb.

Klublar arasında danışıqların artıq müsbət yekunlaşdığı və Zazanın mövsümün ikinci yarısını icarə əsasında İstanbul klubunda keçirəcəyi bildirilib. "Bolonya"nın təklifini qəbul etməyən 30 yaşlı forvard özü də "cim-bom"la şəxsi müqaviləni razılaşdırıb.

Qeyd edək ki, Radamel Falkao ilə yollarını ayırmağı planlaşdıran "Qalatasaray" "Başakşəhər"dən İrfan Canı, "Monako"dan isə Henri Onyekurunu heyətinə qatmağa yaxındır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.