İdman

Premyer Liqamızda qış fasiləsi başa çatır

21 Yanvar 2021 11:54
Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, mövsümün ikinci hissəsinə 14-cü turun oyunları ilə start veriləcək.

İlk matç günündə üç qarşılaşma keçiriləcək. Lider "Neftçi" "Səbail"in qonağı olacaq. "Zirə" isə evdə "Qəbələ" ilə üz-üzə gələcək.

Günün son oyununda  "Qarabağ" səfərdə "Sabah"la qarşılaşacaq.

Qeyd edək ki, tura sabah keçiriləcək "Keşlə" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.

21 yanvar (cümə axşamı)

16:00. "Zirə"- "Qəbələ"
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov
Zirə İdman Kompleksinin stadionu
 
16:00. "Səbail" - "Neftçi"
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
"ASCO Arena"
 
18:00. "Sabah" - "Qarabağ"
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov
"Bank Respublika Arena"

22 yanvar (cümə)

16:00. "Keşlə" - "Sumqayıt"
"ASK Arena"

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.